Rusiya Federasiyası Mərkəzi Bankının direktorlar şurasının üzvü Kseniya Yudayevanın səlahiyyətləri növbəti müddətə uzadılmayacaq.

"Unikal" xəbər verir ki, bu barədə Dövlət Dumasının maliyyə bazarı komitəsinin oktyabrın 9-da keçiriləcək iclası üçün hazırlanmış materiallarında bildirilir.

Komitə direktorlar şurasının hazırkı üzvlərinin səlahiyyətlərini genişləndirmək niyyətindədir, Yudayeva isə onların arasında deyil.

Kseniya Yudayeva 2023-cü il avqustun 1-də Rusiya Federasiyası Mərkəzi Bankı sədrinin birinci müavini vəzifəsini tərk edərək Rusiya Mərkəzi Bankı sədrinin müşaviri olub. Onun Mərkəzi Bankın direktorlar şurasının üzvü kimi səlahiyyətləri 2023-cü il oktyabrın 10-da başa çatır.

Nuranə Abbasova