Tailandın paytaxtı Banqkokda 14 yaşlı oğlanın Siam Paragon ticarət mərkəzində tapança ilə atəş açması nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, yerli vaxtla saat 16.40-da Banqkokun “Siam Paragon” ticarət mərkəzində 14 yaşlı uşaq tapança ilə 10 atəş açıb. Hücumda 2 nəfər ölüb, 5 nəfər yaralanıb, polis yerli vaxtla saat 17.10-da hücumçunu yaxalayıb.

Digər tərəfdən, sosial şəbəkələrdə yayılan görüntülərdə bir oğlanın silahla ticarət mərkəzinə girdiyi görünür.Polis rəsmiləri bildiriblər ki, oğlan polis bölməsində “çaşqın” göründüyünü və ona “insanları güllələyin” deyən səslər eşitdiyini deyib.

Polis həmçinin bildirib ki, uşaq əvvəllər psixi sağlamlığına görə xəstəxanada müalicə alıb.Ölənlərdən birinin 34 yaşlı çinli, digərinin isə Myanmalı qadın olduğu bildirilib.