Kanadanın hakim Liberal Partiyasının nümayəndəsi Qreq Ferqus İcmalar Palatasının (parlamentin aşağı palatası) 38-ci sədri seçilib.
"Unikal" xəbər verir ki, bu, qanunverici orqanın saytında yayımlanan səsvermənin nəticələrinə əsasən məlum olub.
O, bu vəzifədə sentyabrın 26-da Kanada parlamentində ukraynalı nasistin şərəfləndirilməsi ilə bağlı qalmaqal fonunda istefa verməyə məcbur olan liberal Entoni Rotanı əvəz edəcək.
Ferqus həm də İcmalar Palatasının ilk qaradərili sədri olacaq.
Nuranə Abbasova