İsveçin xarici işlər naziri Tobias Billström Aİ xarici işlər nazirlərinin oktyabrın 2-də Kiyevdə keçirilməsi planlaşdırılan iclasında pasportunu unutduğu üçün iştirak edə bilməyib.

"Unikal" xəbər verir ki, bu barədə Avstriyanın “Presse” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.

Qəzet yazır: “İsveç diplomatı Tobias Billström pasportunu unutduğu üçün Polşa-Ukrayna sərhədinin çalışqan məmurları onun sərhədi keçməsinə icazə verməyiblər”.