"Beynəlxalq tərəfdaşlar heç vaxt rəsmi Yerevanın KTMT-dən çıxmasını tələb etməyiblər".

"Unikal" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib. 

“Sizi əmin edirəm ki, bizim tərəfdaşlarımız heç vaxt Ermənistandan KTMT-dən çıxmağı tələb etməyiblər”, - Mirzoyan Fransanın xarici işlər naziri Ketrin Kolonna ilə birgə mətbuat konfransında sualları cavablandırarkən deyib.