Ermənistanda olan Fransanın xarici işlər naziri Ketrin Kolonna əvvəlcədən təsdiq olunmuş qrafikə uyğun olaraq oktyabrın 3-də Qorisə səfər etməli idi. Erməni mətbuatının yazdığına görə, səfər ləğv edilib.

"Unikal" xəbər verir ki, vaxt çatışmazlığı səbəbindən Ketrin Kolonna Qorisə vertolyotla uçmalı idi. Lakin əlverişsiz hava şəraiti səbəbindən səfər ləğv edilib.

Bəzi məlumatlara görə, Fransa Qoris şəhərində konsulluq açacaq. Xatırladaq ki, bu il martın 29-da Tatev monastırında Sünik rayonu ilə Fransanın Auvergne-Rhône-Alpes regionu arasında əməkdaşlıq haqqında saziş imzalanıb.