Küveytli cütlük nikahları qeydə aınldıqdan cəmi 3 dəqiqə sonra boşanıb.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, buna səbəb bəyin gəlini təhqir etməsi olub. 

Mərasimdə iştirak edən qonaqların verdiyi məlumata görə, bəy nikah qeydiyyatı zamanı büdrəyərək yıxılan gəlini “axmaq” adlandırıb.

Sevgililər arasında mübahisə düşüb və onlar dərhal boşanmaq qərarına gəliblər.

Nuranə Abbasova