“Sabah” basketbol klubu FIBA Avropa Kubokunda növbəti oyununu keçirib.
"Unikal" xəbər verir ki, Azərbaycan çempionu A qrupundakı ikinci sınağında Şimali Makedoniyanın “Rabotniçki” komandası ilə qarşılaşıb.
Skopyedəki “Kale Arena”da keçirilən görüş Bakı klubunun qələbəsi ilə yekunlaşıb - 83:81.
Qeyd edək ki, “Sabah” qrupdakı ilk oyununda Niderlandın “Donar” klubunu 75:72 hesabı ilə məğlub edib.
Azərbaycan təmsilçisi qrupdakı son matçında Rumıniyanın "Rapid" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma oktyabrın 5-də baş tutacaq.