Rusiya hava hücumundan müdafiə qüvvələri oktyabrın 4-də səhər saatlarında Rusiyanın üç regionu üzərində Ukraynaya məxsus 31 pilotsuz uçuş aparatını ələ keçirib və məhv edib.

"Unikal" xəbər verir ki, bu barədə  Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Hava hücumundan müdafiə vasitələri Belqorod, Bryansk və Kursk vilayətləri ərazisi üzərində 31 PUA-nı məhv edib", - məlumatda deyilir. 

Seymur Əli