Çinə məxsus sualtı gəminin Sarı dənizdə qəzaya uğraması nəticəsində göyərtəsində olan 55 dənizçi həlak olub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Britaniya kəşfiyyat xidməti məlumat yayıb. 

Bildirilir ki, təbii fəlakət avqustun 21-də baş verib. Çin sualtı qayığı Amerika sualtı qayıqları üçün nəzərdə tutulmuş zəncir və lövbərlərdən hazırlanmış tələyə düşüb. Nəticədə 55 dənizçi həlak olub. Ölənlər arasında 22 zabit, 7 kursant, 9 kiçik zabit və 17 dənizçi var. Sualtı qayığın kapitanı da dünyasını dəyişib.

Bununla yanaşı,  ÇXR sualtı fəlakətlə bağlı xəbərləri tamamilə yalan adlandırıb.