İran Ermənistan və Azərbaycan sərhədlərinə öz müşahidəçilərini göndərməyə hazırdır.

"Unikal" İran KİV-ə istinadən xəbər verir ki,  bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmmədhüseyn Baqiri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə deyib.

Onun sözlərinə görə, Tehran Qafqaz regionunda gərginliyin azaldılmasına töhfə verməyə hazırdır.

İranın Ermənistan və Azərbaycan sərhədlərinə müşahidəçi göndərməyə hazır olduğunu bildirən Baqiri vurğulayıb ki, heç bir ölkənin müdafiə qabiliyyətinin yüksəldilməsinin arxasında heç bir hücumçu niyyət olmamalıdır.

Bölgədə sülh və əmin-amanlıq bütün ölkələrin maraqlarına uyğundur və regionda təhlükəsizliyi region ölkələri təmin etməlidir və regiondankənar qüvvələrin mövcudluğu sülhə ziddir”.

ABŞ-ın Ermənistandakı son hərbi təlimlərinə toxunan general Baqiri bildirib ki, regiondankənar qüvvələrin mövcudluğu qeyri-sabitliyə səbəb olacaq.

Gülayə Mecid