Rusiya Daxili İşlər Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşən Gürcüstan legionunun rəhbəri Uşanqa Mamulaşvilini axtarışa verib.

"Unikal" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.  

Bildirilir ki, Mamulaşvili cinayət maddəsi ilə axtarışa verilib. Qeyd olunur ki, o, Rusiyada Ukrayna millətçilərinin tərəfində muzdluların toplanması və döyüş əməliyyatlarında iştirakı ilə bağlı iş çərçivəsində qiyabi olaraq mühakimə olunub.

Gülayə Mecid