Rusiya Moldova Televiziya və Radio Verilişləri Şurasının sədri Liliana Vitsu və jurnalist Mixail Sirkelinin ölkəyə girişinə qadağa qoyub.

"Unikal"ın xəbərinə görə, bu barədə Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi İqor Zaxarov açıqlama verib.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, bu iki şəxsin Moldovadakı rusiyalı jurnalistlərin hüquqlarının məhdudlaşdırılması ilə bilavasitə əlaqəsi var.

Rusiya hökumətinin müvafiq qərarı Moldovanın Rusiyadakı səfiri Lilian Dariusa bildirilib.