Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin Aleksandro-Kalinovo kəndində yerləşən “Soledar” ayrıca taktiki qrupunun qərargahını məhv ediblər.

"Unikal" xəbər verir  ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilir ki, hadisə nəticəsində Ukrayna Silahlı Qüvvələri komandan heyətində xeyli itki verib. 

"Bu komanda məntəqəsi arxa cəbhənin dərin hissəsində yerləşirdi və yaxşı müdafiə olunurdu. Ukrayna Prezidenti Volodimir Zelenski də avqust ayında bu nöqtəyə səfər edib", - məlumatda deyilir.

Ukrayna nöqtəsini məhv etmək üçün bir ton yarım FAB-1500 hava bombasından istifadə edilib.

Qeyd edilir ki,  məhv edilmiş Ukrayna qərargahı əvvəllər Artemovsk istiqamətində Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin hərəkətlərinin əlaqələndirilməsi ilə məşğul olub.

Gülayə Mecid