ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi Kevin Makkartinin istefasından sonra ofisindən qovulub.

"Unikal" xəbər verir ki, spiker səlahiyyətlərini icra edən Patrik Makhenri Pelosiyə elektron məktub vasitəsilə Kapitolidəki ofisini tərk etməli olduğu barədə məlumat verib. “Zəhmət olmasa, ofisi boşaldın, otağın kilidi dəyişdiriləcək”, - deyə məktubda vurğulanıb.

Məlumata görə, bura spikerin ofisinin istifadəsinə veriləcək; Nümayəndələr Palatasının yalnız bəzi üzvlərinin Kapitolidə bu tipli əlavə otaqları var, qanunvericilər ənənəvi olaraq binanın Senat qanadındakı ofislərdən istifadə edirlər.