ABŞ, Aİ və Rusiya Qarabağla bağlı görüş keçiriblər. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. 

Zaxarovanın sözlərinə görə, görüş “adi fikir mübadiləsi” olub və gizli detalları ehtiva etməyib.

Xatırladaq ki, sentyabrın 19-da Azərbaycan Qarabağda lokal əməliyyat elan edib. Bakı əməliyyatın məqsədini “genişmiqyaslı təxribatların” qarşısının alınması, tərksilah edilməsi və Ermənistan ordusunun bölmələrinin bölgə ərazisindən çıxarılması kimi göstərilib.

Bir gün sonra Rusiya sülhməramlılarının vasitəçiliyi ilə tərəflər arasında atəşkəs haqqında razılıq əldə olunub.

Sentyabrın 28-də seperatçı  rejimin "rəhbəri" Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dək "Dağlıq Qarabağ"ın mövcudluğuna xitam verilməsi haqqında fərman imzalayıb.

Gülayə Mecid