"Ermənistana xəyanət edən Rusiya Federasiyası deyil , Avropa İttifaqıdır".

"Unikal" xəbər verir ki,  bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib. 

O, bildirib ki,  Brüssel atəşkəsi asanlaşdırmaq və humanitar yardım göstərmək fikrində olmayıb. 

Diplomatın sözlərinə görə, Avropa İttifaqı Qarabağ və Kosovo ətrafındakı vəziyyətlərdə vasitəçi kimi özünü nüfuzdan salıb, burada Avropa dövlətlərinin hərəkətləri problemlərin pisləşməsinə gətirib çıxarıb.

"Onlar orada böyük vədlər veriblər, lakin vəziyyətin partlamasına səbəb olan təxribatlardan başqa heç nə etməyiblər", - Zaxarova vurğulayıb.

Gülayə Mecid