İstanbulda 13 noyabr 2022-ci ildə İstiqlal küçəsində 6 nəfərin ölümü ilə nəticələnən bombalı hücumu planlaşdıran Nabo Kele Hayri Suriyada öldürülüb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) məlumat yayıb. 

Bildirilir ki, MİT Suriyanın Haseke bölgəsində yeni əməliyyat keçirib. Əməliyyat zamanı PKK/KCK üzvü olan Nabo Kele Hayrini zərərsizləşdirilib. 

Qeyd edək ki, terror aktı nəticəsində  81 nəfər yaralanmışdı.  

Gülayə Mecid