Ermənistan məhkəməsi Ermənistan Silahlı Qüvvələrinin 3-cü ordu korpusunun keçmiş komandanı, general-mayor Qriqori Xaçaturovun həbs müddətini iki ay uzadıb.

"Unikal" xəbər verir ki, bu barədə məhkəmənin teleqram kanalında yazılıb. 

Bildirilib ki, növbəti məhkəmə iclası oktyabrın 18-i saat 15:00-da olacaq.

Qeyd edək ki, Qriqori Xaçaturov sabiq müdafiə naziri, parlamentin “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan və daha 11 nəfərin işində iştirak edir. Cinayət işi çərçivəsində keçmiş müdafiə nazirinə qarşı xüsusi külli miqdarda mənimsəmə və səhlənkarlıq nəticəsində ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham irəli sürülüb.

Nuranə Abbasova