ASALA terror qruplaşması İrəvanda "Mordehay Navi" sinaqoqunda baş vermiş vandalizm aktına görə məsuliyyəti öz üzərinə götürüb.

"Unikal" xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət radiosu məlumat yayıb. 

Terrorçular bəyanatda sinaqoqun qırmızı maye ilə boyandığını və pəncərələrin sındırıldığını bildiriblər. Terror təşkilatı, həmçinin, müxtəlif ölkələrdə yəhudilərə qarşı növbəti aqressiv aksiyalar keçirmək niyyəti barədə xəbərdarlıq edib.

İsrail Yayım Korporasiyası yazır ki, sinaqoqa molotov kokteyli atılıb və divarlara boya səpilib. Molotov kokteyli partlamasa da, Ermənistanda yeganə sinaqoqa ziyan dəyib.

Nuranə Abbasova