İngiltərədə 19 yaşlı qadın əsgər Ceylsi Bek Larkhill düşərgəsində cinsi təcavüzə məruz qalaraq intihar edib.

"Unikal" xəbər verir ki, gənc əsgər komandirinin təqiblərinə dözmədiyi üçün intihar edib.İngiltərədə 19 yaşlı Jaylsey Beck adlı qadın əsgər 2021-ci ilin dekabrında Uiltşirdəki Larkhill düşərgəsində ölü tapılıb. İstintaqda gənc əsgərin komandiri tərəfindən cinsi təcavüzə məruz qaldıqdan sonra həyatına son qoyduğu müəyyən edilib.
19 yaşlı əsgərin ölümü ilə bağlı hazırlanan hesabatda komandirin gənc qadına 3500-dən çox mesaj göndərdiyi və cinsi əlaqədə olmaq istədiyi öyrənilib. Bildirilib ki, gənc qadın komandirinin təklifini rədd edib və təzyiqlərə tab gətirə bilməyib intihar edib.
Digər tərəfdən, Beckin ölümünü araşdıran kollegiya, intiharın baş verdiyi kazarmada bir çox qadın əsgərin həmkarları tərəfindən təcavüzə məruz qaldığını da müəyyən edib.