Oktyabrın 1-də Türkiyənin paytaxtında törədilən terror aktından sonra Rusiyanın Ankaradakı səfirliyinə heç bir təhdid gəlməyib.

"Unikal" xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. "Bazar günü baş verənlərdən sonra bizə heç bir təhdid gəlməyib. Təhlükəsizlik tədbirlərinə gəlincə, onlar indi bütün ölkə ərazisində gücləndirilib", - diplomatik nümayəndəlikdən bildiriblər.

Xatırladaq ki, ötən bazar günü iki terrorçu binanın darvazalarına yaxınlaşıb, onlardan biri təhlükəsizlik məntəqəsində partlayıcı qurğunu işə salıb. Atışma baş verib, nəticədə ikinci yaraqlı zərərsizləşdirilib. İki polis əməkdaşı yüngül xəsarət alıb. Daxili İşlər Nazirliyi hücum edənlərin PKK üzvləri olduğunu müəyyən edib.