Amerikalı aktyor Kevin Speysi infarkt şübhəsi ilə Özbəkistanın paytaxtında xəstəxanaya yerləşdirilib.

"Unikal" xəbər verir ki, bu barədə Britaniyanın The Sun tabloidi yazıb .

Qəzet yazır: “Kevin Speysi kinofestivalda qolu uyuşduqdan sonra infarkt keçirməsi şübhəsi ilə xəstəxanaya çatdırılıb”.

Speysininin "sol əlinin bir neçə saniyə ərzində tamamilə uyuşduğu" aydınlaşdırılır. Daşkənd xəstəxanasında həkimlər müayinə keçirib və aktyorun MRT müayinəsi aparıblar, lakin qorxular təsdiqini tapmayıb.

Aktyor sentyabrın 29-dan oktyabrın 3-dək keçirilən XV Daşkənd Beynəlxalq Film Festivalında iştirak edib.