Ankara oktyabrın sonuna qədər Ukraynadakı münaqişənin həlli üçün beynəlxalq görüş təşkil etməyi planlaşdırır.

"Unikal" xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb. Onların sözlərinə görə, müxtəlif ölkələrin milli təhlükəsizlik müşavirləri, o cümlədən ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan məsləhətləşmələr üçün İstanbula gələcək. Nəşrin həmsöhbətləri bildiriblər ki, Rusiya tərəfi görüşə dəvət edilməyib, Çinin öz nümayəndəsini göndərib-göndərməyəcəyi hələ məlum deyil.

Gündəmin mərkəzində Ukrayna prezidenti Volodimir Zelenskinin sülh planı və Kiyevin bu təşəbbüsü müzakirə etmək üçün 2023-cü ildə qlobal toplantı təşkil etmək niyyəti olacaq.

İstanbulda keçiriləcək danışıqlar iyunda Danimarkada və avqustda Səudiyyə Ərəbistanında keçirilən məsləhətləşmələrdən sonra üçüncü belə görüş olacaq.