Adnan Oktar Cinayət Təşkilatı işində “sizə qarşı əməliyyata hazırlıq var” deyərək təşkilata xəbər verdiyi iddia edilən keçmiş əmək nazirinin adı açıqlanıb.

"Unikal" xəbər verir ki, bu barədə Adnan Oktar Cinayət Təşkilatı Əməliyyatının rəhbəri, daha sonra Maliyyə Şöbə Müdiri Furkan Sezər açıqlamalar verib.

Adnan Oktar işi ilə bağlı Furkan Sezər keçmiş nazirin təşkilata məlumat sızdırdığını vurğulayıb.

Həmin nazirin keçmiş əmək naziri Yaşar Okuyan olduğunu bildirib.

Türkiyəli jurnalist  Saygı Öztürk keçmiş nazirimizin belə bir təşkilatla nə vaxtsa birlik içində olacağını düşünmədiyini , adı çəkildiyi üçün Yaşar Okuyana zəng etdiyini bildirib.

“Məni də bu işə qatıblar?” "Bir bu əksikdi"" dedi. “Bir neçə dəfə onların televiziyasına müsahibə vermişəm. Bir dəfə onların iftarına getmişdim. Bundan başqa onlarla heç bir əlaqəm yoxdur. Hamı bilirdi ki, bunlarla bağlı araşdırma aparılır. “Mən onlara dostcasına xəbərdarlıq etdim ki, heç bir pis iş görməsinlər". deyə keçmiş nazir jurnalistə bildirib.