Yaponiyada 6,6 bal gücündə güclü zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin baş meteorologiya idarəsinin saytında qeyd edilib. Zəlzələnin episentri Torişima adalar qrupu yaxınlığında 10 kilometr dərinlikdə olub. 

Bildirilib ki, zəlzələdən sonra sunami təhlükəsi yaranıb. Mütəxəssislər insanların həyatına təhlükə olmadığı barədə xəbər gələnə qədər suya girməməyə, sahilə yaxınlaşmamağa və daha yüksək yerə çıxmağa çağırıblar. Bundan əlavə, meteoroloqlar qeyd ediblər ki, zəlzələdən sonra bir həftə ərzində eyni ərazidə müqayisə olunan gücdə təkanlar baş verə bilər. 

Ağarza Elçinoğlu