Kubanın paytaxtı Havananın mərkəzində bir müddət əvvəl çatlar olan tarixi bina çöküb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində dağıntılar altında qalan 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Bina söküntü işləri aparılan zaman qəfil çöküb.

Uçmuş binanın yaxınlığında yerləşən məktəbin şagirdləri də ehtiyat tədbiri olaraq başqa tədris ocağına göndərilib.