Qazaxıstanda iri mütəşəkkil cinayətkar qrupların genişmiqyaslı həbslərinə başlanılıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, saxlanmalar Milli Təhlükəsizlik Komitəsi tərəfindən Daxili İşlər Nazirliyi ilə birgə və Qazaxıstan Respublikasının bir sıra regionlarında Baş Prokurorluğun koordinasiyası ilə həyata keçirilir.

Ölkədə həbslər Qırğızıstanda "qanuni oğru" Kamçıbek Kolbayevin öldürülməsi fonunda baş tutub.  

Gülayə Mecid