Vaşinqton həmçinin təsdiq edir ki, 19 sentyabr hərbi əməliyyatlarından əvvəl ABŞ, Aİ və Rusiya nümayəndələri İstanbulda görüşüblər. 

"Unikal" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel brifinq zamanı deyib. 

O, görüşü gizli adlandırmayıb və ABŞ-nin regionda maraqlı tərəflərlə müntəzəm əlaqə saxladığını vurğulayıb.

Patel bəzi təfərrüatları təqdim edərək bildirib ki, onlar konkret təcili humanitar problemləri həll etmək və Qarabağa humanitar yardım göstərmək üçün İstanbula toplaşıblar. O, Cənubi Qafqazda sabit sülhə nail olmaq üçün ABŞ-nin iştirakını davam etdirdiyini və tərəfləri dəstəklədiyini deyib. 

Qeyd edək ki, Avropa İttifaqı, ABŞ və Rusiya nümayəndələri sentyabrın 17-də İstanbulda Qarabağla bağlı gizli danışıqlar aparıblar.

Ağarza Elçinoğlu