İsveçin Karolinska İnstitutunun mütəxəssisləri xroniki stressin Alzheimer xəstəliyinə yol açdığını bildiriblər. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər iş, xroniki stress və ya depressiya diaqnozu qoyulmuş 18-65 yaş arası təxminən 45 min insanın məlumatlarını araşdırıblar.

Əldə edilən məlumatlar eyni yaşda olan bir milyondan çox insandan ibarət nəzarət qrupunun məlumatları ilə müqayisə edilib.  

Müəlliflər müəyyən ediblər ki, xroniki stress və ya depressiyadan əziyyət çəkən insanlarda yüngül koqnitiv pozğunluqlar və ya Alzheimer xəstəliyi daha çox olur. Xüsusilə, xəstələrdə neyrodegenerativ xəstəlik riski iki dəfədən çox artmış olduğu bildirilib. 

"Bir insan həm stressdən, həm də depressiyadan əziyyət çəkirsə, onda Alzheimer xəstəliyinin artma ehtimalı dörd dəfə çox olur", - tədqiqat müəllifləri vurğulayıblar. 

2023-cü ilin sentyabrında Laval Universitetinin (Kanada) Tədqiqat Mərkəzinin əməkdaşları bildirdilər ki, işdə uzunmüddətli stress kişilərdə infarkt və digər ürək-damar xəstəlikləri riskini iki dəfə artırır.

Gülayə Mecid