İranda “Əxlaq” polisi stadiona gələn qadın tamaşaçılara zorakılıq edib.

"Unikal" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Qeyd edilir ki, İranda keçirilən Asiya futbol turniri ilə eyni vaxtda, FİFA bəyan edib ki, ölkənin ev sahibliyini qəbul etmək üçün əsas şərtlərdən biri stadionlara qadınların da buraxılmasıdır.

Amma bir müddət öncə keçirilən futbol oyununda “Əxlaq” polisi qadınların stadiona daxil olmasına qarşı çıxıb və qarşıdurma yaradıb. Təhlükəsizlik xidmətinin əməkdaşları bildiriblər ki, FİFA ilə yalnız 200 seçilmiş qadın izləyicinin içəri buraxılacağı barədə razılığa gəlinib.