Slovakiya prezidenti Zuzana Çaputova  keçmiş baş nazir Robert Fikonun Smer partiyasının qalib gəldiyi parlament seçkilərindən dərhal sonra Ukraynaya yeni hərbi yardım paketinin verilməsinə qarşı çıxıb.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin "Dennik N" portalı məlumat yayıb.

Nəşr qeyd edir ki, Slovakiya Müdafiə Nazirliyi Kiyevə əvvəlki hökumət tərəfindən təsdiq edilmiş növbəti hərbi yardım paketi göndərməli idi , lakin Çaputova “demokratik seçkilərin nəticələrinə hörmət etmək” lazım olduğunu vurğulayaraq bu qərarı təsdiqləməyib. 

Bununla yanaşı, Smer-SD partiyası seçicilərə “Ukraynaya bir güllə də verməyəcəklərinə” söz verib. Slovakiya Prezidenti hesab edir ki, Smer-SD-nin mövqeyinə məhəl qoymamaq, digər partiyalar kimi, “gələcək üçün uğursuz presedent yarada bilər”.

Gülayə Mecid