"Qırğızıstanda bundan sonra “qanuni oğru” anlayışı olmamalıdır". 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir  ki, bunu polis general-mayoru Omurbek Suvanəliyev jurnalistlərə açıqlamasında deyib. 

General ötən gün xüsusi təyinatlılar tərəfindən zərərsizləşdirilən "qanuni oğru" Kamçı Kolbayevin fəaliyyətini şərh edib. 

"Hesab edirəm ki, bunun güclü əsası yoxdur. Mütəşəkkil cinayətkar qruplara qarşı mübarizə başa çatacaq, çünki artıq yüksək səviyyədə ölkədə mütəşəkkil cinayətkar qrupların və "qanuni oğruların" olmayacağı bildirilir. Kolbayev  fenomen idi,  transmilli qruplar imperiyası yaratmışdı.  ABŞ hökuməti Kolbayevi “qardaş dairə” siyahısına daxil etdi. O, artıq mövcud olmayan sovet hakimiyyəti tərəfindən taclandı. Kolbayev "qanuni oğru" olduğunu heç vaxt gizlətməyib və hətta bunu xüsusi vurğulayıb. Onun həmişə yaxşı silahlanmış mühafizəçiləri ilə hərəkət etdiyi məlumdur".  

Gülayə Mecid