Rusiya qondarma “Abxaziya Respublikası”nın Oçamçir rayonunda Hərbi Dəniz Qüvvələrinin yeni daimi bazasını yaradır.  

"Unikal" xəbər verir ki, bu barədə "Abxaziya" rəhbəri Aslan Bjaniya “İzvestiya” qəzetinə müsahibəsində deyib.  

"Biz Rusiya ilə saziş imzalamışıq və yaxın gələcəkdə Oçamçir rayonunda Rusiya Hərbi Dəniz Qüvvələrinin daimi bazası olacaq", - Bjaniya bildirib.

Qeyd edək ki, Gürcüstan ərazisi olan Abxaziya Rusiya tərəfindən ilhaq edilib. 

Gülayə Mecid