Xəbər verdiyimi kimi, Azər Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini vəzifəsindən istefa verib.

"Unikal"ın məlumatına görə, bu gün altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2023-cü il payız sessiyasının növbəti iclası keçirilib.

İclasda ilk olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalovun vəzifəsindən istefası ilə bağlı müraciətinə baxılıb.

Müzakirə olunan məsələ ilə əlaqədar qərar layihəsi oxunduqdan sonra səsə qoyularaq qəbul edilib.