"Yalnız Qərbin həmsədrliyinin təqsiri üzündən Minsk Qrupunun unikal mexanizmi 28 sentyabr fərmanının dərcindən xeyli əvvəl fəaliyyətini dayandırıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlayıb. 

Siyasətçi qeyd edib ki, ABŞ və Fransa ATƏT adından onlara həvalə edilmiş vəzifələri kobud şəkildə pozublar: "Öz maraqları naminə region dövlətlərinin və xalqlarının ehtiyac və istəklərini unudublar. Vaşinqton və Paris hələ ki, açıq demarşlarının səbəblərini bizə deməyə cəsarət etməyiblər. Minsk qrupunun taleyinə gəlincə, onu yaradan beynəlxalq strukturun, yəni ATƏT Nazirlər Şurasının bu məsələ ilə bağlı rəsmi qərar qəbul etmək səlahiyyəti var". 

Ağarza Elçinoğlu