Naxçıvanda təhsil sahəsində səmərəli fəaliyyətinə görə, Bəktaşi İltifat Məmməd qızına Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllim”i fəxri adı verilib.

"Unikal" xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb.

Qeyd edək ki, İltifat Bəktaşi Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimidir.