Oktyabrın 5-də saat 17 radələrində işğaldan azad edilən ərazidə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusunun xidmət vaxtı piyada əlehinə minaya düşməsi barədə məlumat daxil olub.  

DİN-in mətbuat xidmətindən "Unikal"a bildirilib ki, 1999-cu il təvəllüdlü S.Adgözəlov minaya düşməsi nəticəsində ayağından xəsarət alıb.

O, dərhal xəstəxanaya çatdırılıb. 

Araşdırma aparılır.