Bir qrup güneyli milli fəal Azərbaycanın ərazi bütövlüyünün və Qarabağın suverenliyinin bərpasına dəstək məqsədilə plakatlar hazırlayaraq Təbriz şəhərinin müxtəlif küçələrinə yapşdırıb.

"Unikal" xəbər verir ki, bu barədə müvafiq görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Sözügedən plakatlarda - “Zəngəzur Azərbaycandır”, “Təbrizdən Qarabağa salamlar”, “Qarabağ zəfəri ədalətin zəfəridir”, “Şəhidlər ölməz, Vətən bölünməz” kimi şüarlar yer alıb.