Türkiyənin enerji və təbii sərvətlər naziri Alpaslan Bayraktar canlı yayımda İraq-Türkiyə neft kəməri, İsrail qazının bir hissəsinin Türkiyəyə, digər hissəsinin isə Avropaya nəqli və digər məsələlərlə bağlı çıxış edib.

"Unikal" xəbər verir ki, dünən etibarilə İraq-Türkiyə neft kəmərinin artıq hazır olduğunu xüsusi qeyd edən Bayraktar, kömür və neftdən imtina etməyin o qədər də asan olmadığını, lakin tələbatı ödəmək üçün investisiyaların edilməsi lazım olduğunu qeyd edib. O, maliyyə təmin etməyən qərb dünyasının olduğunu və milli şirkətlərin sərmayə qoymağa başladığını və bu çatışmayan investisiyaların dəyərlərə təsir edəcəyini açıqlayıb.

Canlı yayımda nazir Türkiyə prezidentinin iyulun 19-da Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfərinə də toxunub və qeyd edib ki, 51 milyard dollarlıq müqavilənin 29 milyon dolları hərbi əməkdaşlıq çərçivəsindədir. 

Bayraktar, "BƏƏ-dən, xüsusən də yenilənə bilən layihələrə ciddi maraq var və hər iki tərəf bir-birləri arasında şərait yaratmağa davam edir və biz qısa müddətdə müqaviləni bitirib sərmayələri sürətlə etməyə davam edəcəyik" deyə nazir bildirib..

İsrail qazının bir hissəsinin Türkiyəyə, digər hissəsinin isə Avropaya nəqli məsələsinə münasibət bildirən Bayraktar noyabrda İsrailə səfər edəcəyini və səfər çərçivəsində bu məsələ ilə bağlı danışıqların aparılacağını qeyd edib. Onun sözlərinə görə, qazın Türkiyə vasitəsilə nəqli də bu məsələnin tərkib hissəsidir.

“Biz Türkiyəni tranzit ölkə kimi yerləşdirməyi düzgün hesab etmirik və Avropa ölkələri ilə təbii qazın ixracına dair müqavilələr imzalamışıq. Biz təbii qazın satışı və ixracı sahəsində intensiv fəaliyyət göstəririk və infrastrukturumuzu məsuliyyətli şəkildə hazırlamışıq”.

O, Rusiyanın Türkiyədə tikdiyi “Akkuyu” AES-dən də danışaraq, gələn ilin oktyabrında “Akkuyu”nun ilk reaktorunu işə salmaq niyyətində olduqlarını qeyd edib.

“Nüvə enerjisi sahəsində biz mütləq Sinop və Trakya layihələrini istismara vermək istəyirik. Trakyadakı reaktor üçün Çinlə danışıqlarımızı davam etdiririk və yaxın aylarda bunu razılaşmaya çevirmək istəyirik. Modul nüvə reaktorları nüvə enerjimizin 25%-ni təşkil edəcək və modul tipli atom elektrik stansiyaları tikinti mərhələsinə girəndə digərlərindən daha sürətlə irəliləyir”, - deyə Bayraktar bildirib.