Ukrayna prezidentinin həyat yoldaşı Yelena Zelenskaya Nyu-York mağazalarında 1,1 milyon dollardan çox pul xərcləyib.
"Unikal"
xəbər verir ki, bu barədə “Nation” yazıb.

Cartier-in keçmiş əməkdaşı Ukraynanın birinci xanımının Nyu-York butiklərindəki xərclərindən danışıb. Onun sözlərinə görə, Zelenskaya Nyu-Yorka rəsmi səfəri zamanı butiklərə baş çəkib. 

Amerika mətbuatının yazdığına görə, Zelenskaya uzun müddət Cartier-in pərəstişkarıdır və hətta brendin dizaynerinin məşhur iqamətgahında da olub. 

Eyni zamanda, Ukraynanın birinci xanımının butikə səfəri qalmaqalla bitib. Ona kömək etmək istəyən işçiyə qarşı kobudluq edib, bundan sonra işçi işdən çıxarılıb. Onun sözlərinə görə, mühafizəçilərin əhatəsində olan Zelenskaya dəyəri 1,1 milyon dollardan çox olan bir neçə premium zinət əşyası alıb. 

Bunu keçmiş işçinin hazırlaya bildiyi Ukraynanın birinci xanımının xərc qəbzinin surəti sübut edir.