Rusiya prezidenti Vladimir Putin Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin Rusiyanın erməni xalqına xəyanət etməsi ilə bağlı ittihamlarına rus atalar sözü ilə cavab verib.

"Unikal" xəbər verir ki, Putin ermənilərin xəyanəti ilə bağlı fikir səsləndirən Mişelə deyib: 

“Bilirsiniz, bizimkilər deyirlər: kiminsə inəyi möyüldəyəndə, sizinki susar. İnək, madyan fərqi yoxdur. Bir sözlə, heyvan”.

Həmçinin forum zamanı Putin xatırladıb ki, Rusiya 15 il ərzində Ermənistanı Qarabağdakı vəziyyətlə bağlı Azərbaycanla güzəştə getməyə razı salmağa çalışıb, lakin Ermənistan bundan imtina edib, sonradan Ermənistan rəhbərliyi Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Şarl Mişel Rusiyanın Azərbaycanın Qarabağdakı əməliyyatına heç bir reaksiya vermədiyini bildirib.