Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağı təslim etmək məqsədi güdən qüvvə tərəfindən hakimiyyətə gətirilməsinə dair iddialarla razılaşmayıb.

"Unikal" xəbər verir ki, “Valday” Diskussiya Klubunun iclasında Marqarita Simonyanın sualını cavablandıran Rusiya prezidenti qeyd edib ki, Paşinyanın hakimiyyətə gəlməsi erməni xalqının seçimi olub.

"Mən sizinlə razılaşa bilmərəm ki, baş nazir Paşinyanı Qarabağı təslim etmək üçün xaricdən kimsə hakimiyyətə gətirib. Bu, erməni xalqının seçimi idi. Bəli, seçki proseslərinə fərqli münasibət bəsləyə bilərsiniz, lakin bu, faktdır. Mən də onun Qarabağı təslim etməyə çalışması ilə razı deyiləm. 2020-ci il münaqişəsi zamanı mən onunla ünsiyyətdə olmuşam və fikrimcə, o, səmimi şəkildə vəziyyəti qoruyub saxlamağa çalışıb. Qərarların düzgün və ya yanlış olub-olmadığını mühakimə etmək mənim işim deyil. Amma mən hesab edirəm ki, o, Qarabağı məqsədli şəkildə təslim edib demək ədalətsizlikdir”, – deyə Putin bildirib.