Azərbaycan narkodünyanın diqqət mərkəzində
11:05 06-04-2013
İQTİSADİYYAT
Azərbaycan narkodünyanın diqqət mərkəzində
Ölkədə narkotik alüdəçilərinin sayı artır
Son zamanlar gündəmə gələn problemlərdən biri də ölkədə narkotikanın həddindən artıq çox yayılmasıdır. Ekspertlərin fikrinə görə demək olar ki, hər il 5 faizə qədər bu sahədə artım olur.
Ən faciəlisi isə budur ki, narkotik alüdəçiləri əsasən gənclərdir və son iki il ərzində artıq orta məktəb şagirdləri arasında da bu hallara rast gəlmək mümkündür. Artıq bunu ölkə rəsmiləri də açıq şəkildə bəyan edirlər. “Azərbaycanda aidiyyəti üzrə bütün qurumlar narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə cəlb olunmalıdır.
Hamı bir məsələni özü üçün dərk etməlidir - narkomanlığa qarşı mübarizə dövlətin təkbaşına aparacağı iş deyil. Bu bütövlükdə Azərbaycan xalqının vəzifəsidir. Mətbuatın, din xadimlərinin, QHT-lərin bu sahədə kifayət qədər imkanları var. Bütün imkanlar işə salınmalıdır. Çünki Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinin artma ehtimalı var”.
Bu fikirləri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının bu gün keçirilən iclasında komissiya sədri, baş nazirin müavini Əli Həsənov bildirib.
Onun sözlərinə görə, ölkədə icra olunan tikinti layihələri günbəgün artır: “Bu o deməkdir ki, ölkəyə yük daşınması artır. Azərbaycanda demək olar ki, hər gün beynəlxalq tədbirlər keçirilir, gəlib-gedənlərin sayı artır. Ölkəyə gələn turistlərin sayı artır. Bütün bunların hamısı beynəlxalq narkomafiyaya imkan yaradır ki, Azərbaycana müxtəlif növ narkotik vasitələrin daşınmasını artırsınlar. Əfqanıstan-İran-Azərbaycan, Əfqanıstan- Pakistan-İran-Azərbaycan, Əfqanıstan-Orta Asiya-Azərbaycan marşrutları ilə və işğal altında olan ərazilərə Əfqanıstandan birbaşa İran vasitəsilə narkotiklər daşınır. 4 beynəlxalq marşrut vasitəsilə Azərbaycan ərazisindən narkotik vasitələr keçir. Son vaxtlar bu marşrutlarla daşınmaların həcmi artıb. Burada dünya erməni diasporunun əli var. Çünki ermənilər Azərbaycan torpaqlarını işğal etməklə, ideoloji müharibə aparmaqla kifayətlənməyərək, bizim genefondumuzu, gələcəyimizi korlamaqla məşğuldur. Ona görə bütün ictimaiyyət bu problemin həllinə qoşulmalıdır”.Bunu da qeyd edək ki, ABŞ Dövlət Departamentinin də hazırladığı hesabatda bu öz əksini tapıb və məlum olub ki, bir il ərzində Azərbaycan vasitəsi ilə yalnız Avropaya 11 ton keroin daşınır. Bundan başqa Qafaqaz bölgəsinə və Rusiyaya da narkotik Azərbaycan vasitəsi ilə daşınır. Ekspertlər bildirir ki, bunun qarşısını almaq hələ ki, mümkün deyil. Məhz buna görə ölkə rəhbərliyinin tapşırığı ilə artıq Milli Təhlükəsizlik Nazirliyidə məsələyə həssas yanaşır. Ekspertlərin rəyinə görə Azərbaycana narkotik daşınmasında İran vətəndaşlarının da rolu böyükdür. Hətta belə fikirlərdə artıq səslənir ki, Azərbaycana narkotikin keçirilməsində İranın bəzi rəsmi dairələri də maraqlıdır. Çünki bir tərəfdən bu yolla ölkəyə əlavə pul gəlir, digər tərəfdən isə regionda siyasi təsir forması kimi də bundan istifadə edilir. Müşahidəçilər bunu da qeyd edir ki, İrana qarşı iqtisadi embarqo artandan sonra bu ölkədən narkotik çıxartma hallarıda kifayət qədər artıb. Bunu da qeyd edək ki, ötən illər narkotik istehsalına görə Əfqanıstan liderlik edirdisə indi bu liderlik İrandadır. Çünki Əfqanıstanda hələ də NATO qoşunları var və onlar narkotik satışına qarşıda sərt mübarizə tədbirləri həyata keçiriblər.
Fuad
Digər Xəbərlər
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55