Fizika üzrə hazırkı Nobel mükafatı laureatı, Almaniyada çalışan macar əsilli alim Ferents Kraus mükafat pulunu müharibədən zərər çəkmiş ukraynalı məktəblilərə dəstək olmaq üçün bağışlamaq qərarına gəlib.

"Unikal" xəbər verir ki, o bu barədə Almaniya radiosuna müsahibəsində deyib. 

61 yaşlı Ferents Kraus, bir qrup elm adamı ilə birlikdə ilk dəfə işığın ilk attosaniyə impulsunu yaradan və ölçən və ondan atomlardakı elektronların davranışını müşahidə etmək üçün istifadə edən Macarıstan əsilli fizikdir. Beləliklə, o, fizikanın yeni sahəsinin - attofizikanın həmtəsisçilərindən biri olub. 

Nuranə Abbasova