ABŞ-ın müdafiə naziri Lloyd Ostin və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Çarlz Braun oktyabrın 11-də Ukraynaya silah tədarükü üzrə təmas qrupunun iclasında iştirak edəcəklər.

"Unikal" xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder brifinqdə bildirib.

"Müdafiə katibi Ostin və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Braun oktyabrın 11-də keçiriləcək Ukrayna Təmas Qrupunun iclasında iştirak etmək üçün çərşənbə axşamı Vaşinqtondan Brüsselə gedəcəklər.

Ukrayna görüşündən sonra Ostin NATO-nun müdafiə nazirlərinin toplantısında iştirak edəcək".