ABŞ-ın Florida ştatında amerikan futbolu məşqindən sonra uşaqlar arasında mübahisə yaranıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Apopka bölgəsində baş verən hadisədə 11 yaşlı uşaq anasının avtomobilindən götürdüyü silahla mübahisə etdiyi 13 yaşlı iki uşağı güllələyib.

Hadisə zamanı xəsarət alan uşaqlara xəstəxanada tibbi yardım göstərilib. 

Apopka polis rəisi Mayk MakKinli bildirib ki, 11 yaşlı şübhəli adam öldürməyə cəhd ittihamı ilə nəzarətə götürülüb. Hadisədə istifadə edilən silahın qanuni olaraq şübhəlinin anasına qeydiyyata alındığı təsdiqlənsə də, silahı uşağın əli çatmayan yerdə saxladığı üçün anadan pul tələb oluna biləcəyi ifadə edilib.  

Digər tərəfdən, Florida məhkəməsi 11 yaşlı şübhəlinin daha 3 həftə həbsdə saxlanmasına qərar verib.

Seymur Əli