Türkiyə Milli Müdafiə Nazirliyi Suriyanın şimalında baza bölgəsinə edilən terror hücumuna cavab olaraq 26 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

Qeyd edək ki, ötən gün Suriyada PKK/YPG terror təşkilatı Türkiyə Silahlı Qüvvələrinin (TSK) bazasına raket zərbəsi endirib. Hücum zamanı 5 polis və 3 əsgər yaralanıb.