Hindistanın şimal-şərqində güclü daşqınlar 40 nəfərin həyatına son qoyub. 

"Unikal" xəbər verir ki, daşqın Sikkim ştatında Himalay dağlarında Lhonak buzlaq gölünün ərazisində güclü yağışlar nəticəsində baş verib. Vəziyyəti Teesta çayı üzərindəki su bəndinin partlaması faktı daha da ağırlaşdırıb. 

Ümumilikdə, daşqın ən azı 22 min insana təsir edib. Onlardan 102-si itkin düşüb.

Hazırda bölgədə axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Proses aramsız yağışla çətinləşir. Bundan əlavə, sinoptiklər yaxın günlərdə hava şəraitinin pisləşəcəyini proqnozlaşdırırlar.