Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin ( VTsİOM ) sorğusuna əsasən, sorğuda iştirak edən rusiyalıların 77%-i Rusiya prezidenti Vladimir Putinə güvəndiyini, 73,6%-i isə onun fəaliyyətini bəyəndiyini bildirib.

"Unikal" xəbər verir ki,  bu barədə TASS məlumat yayıb. 

Sentyabrın 25-dən oktyabrın 1-dək aparılan araşdırmanın nəticələrinə görə, respondentlərin 77,0%-i Vladimir Putinə etibarla bağlı birbaşa suala müsbət cavab verib. Sorğuda yaşı 18 və daha yuxarı olan 1600 rusiyalı iştirak edib.